Son günlər sürücülər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində parkinq üçün ödəniş qaydaları ilə bağlı müxtəlif şikayətlər edir. Məsələni yerində araşdırmaq üçün Avtosfer.az avtovağzalda oldu. Burada sürücülər üçün yaradıılan şəraitlə tanış olduq. DANX rəsmisi Günay Əliyeva bildirdi ki, Avtovağzal ərazisində sürücülər parkinq üçün ilk 15 dəqiqə heç bir ödəniş etmir. 15 dəqiqədən sonra isə bu məbləğ 1 manat təşkil edir.
Yəni, avtovağzaldan sərnişin yola salan sürücülər kompleksin ərazisinə daxil olub 15 dəqiqə ərzində oranı tərk edirlərsə hər hansı ödənişdən söhbət gedə bilməz. Amma müddət artıq olduqda isə cəmi 1 manat pul ödənilir. Ətraflı videomaterialda:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man