Bütün dövürlərin ən bahalı və nadir Mercedes modelləri. 1926-cı ildə yaranan Mercedes Benz markası dövrümüzdə dünyaca tanınmış və seçilən marka hesab olunur. Onun modellərinə diqqət yetirərkən keçdiyi bütün tarixə nəzər yetirmək mümkündür. Zaman keçdikcə onun xarici görünüşü dəyişmiş, texnologiyaları yenilənmişdir. Kapotu üzərində üç güşəli ulduz olan avtomobillərin zavoddan çıxma, istehsal tarixindən on illər keçsədə güvənlə sürülür və etibarlı hesab olunur.
Bu gün siyahımıza 1930-cü illərin 500 K və 540 K Roadsterini, 1950-ci illərin 300 SL-ini, “Gümüşü ox” yarış maşınlarını və eyni zamanda SLR McLarenə nisbətən daha yeni modelləri əlavə etmişik. Onların hər biri əlavə şübhələr olmadan istənilən auksionların ulduzu hesab edilir.
Siyahımızı ilk öncə tanınmış markanın 1955-ci ilin 300 SL Gullwing modeli ilə başlamaq istərdik. Unudulmaz “Qağayı qanadları” 6 silindirli mühərliki ilə 215 at gücünə sahib idi. Keçən əsrin sənət əsəri 250 km/saat sürət yığa bilirdi. 1400 ədəd istehsal olunan 300 SL 2014-cü ildə RM Sotheby`s auksinunda 2.3 milyon avroya satılmışdır.
Bu model nisbətən gəncdir. 2009-cu ildə istehsal edilib. Spidster 2.6 milyon avroya satılmışdır. Qeyri-adi nüsxə 660 güclü 5,4 V8 mühərriki ilə təchiz edilmişdir. Saatda 350 km-sürət yığa bilər. Satış anında qətt etdiyi yol 950 km olduğu müəyyən olunmuşdur. İki qapılı yaraşığın qiyməti onun 75 ədəd istehsal olunması ilə bağlıdır. Avtomobil yarış sürücüsü Stirlinq Mossun şərəfinə hazırlanmışdır.
1935-ci ilin sürətli və dəbdəbəli Cabriolet “Mercedes” sevənləri, kolleksionerləri üçün arzuolunan avtomobildir. Onun adında işlədilən Litera K Kompressor mənasına gəlir. Maşın 36 ədəd istehsal olunmuşdur. Onlardan biri 2015-ci ildə 2,7 milyon avroya satılmışdır.
Mercedes 300 SL Roadster
Bu bir çoxlarına artıq məlum olan 300 SL modelidir. Sadəcə “Qayağı qanadları” mövcud deyil. Burda söhbət 1963-cü ilin rodsterindən gedir. 240 güclü mühərrikə sahibdir. Nüsxə 2018-ci ildə 3,1 milyon avroya satılmışdır. Modelin rekord dəyərində satıldığı müəyyən edilmişdir. Onun qiymətinin bu qədər baha olması səbəbi 55 il ərzində sürüldüyü kilometrin, cəmi 1372 km olduğudur.
612 gücündə 12 silindirli mühərriklə təchiz edilmişdir. idman modeli 1998-ci ildə lahiyyəsi hazırlanmış və 25 ədəd olmaqla AMG xüsusiyyətləri ilə istehsal edilmişdir. Məxsusi olaraq FIA GT çempionatında iştirak üçün nəzərdə tutulmuşdur. 1400 km yol qətt edərək ilkin dəyəri 1,5 milyon avro olsada, keçən il sahibini dəyişdirmişdir. Yekun müqavilənin dəyəri 4,1 milyon avro dəyərindədir.
Avtomobil 1928-ci ildə hazırlanmışdır. Siyahımızda ən yaşlı əsərdir. indiki sahibi bu gözəllik üçün 4,4 milyon avro xərcləmişdir. 180 gücündə 6 silindirli mühərrikə sahibdir. Yarış avtomobilinin gündəlik istifadə versiyası kimi hazırlanmışdır. Hazırlanma zamanı Ferdinand Porsche özü iştirak etmişdir.
Bu tamamilə açıq olan 29 roadsterdən biridir. 160 gücə malik mühərriklə təchiz edilmişdir, 177 km/saat sürət yığa bilir. Dəqiq olaraq bu nüsxə 1935-ci ilin istehsalıdır və 2016-cı ildə 5,2 milyon avroya satılmışdır.
Avtomobilin kuzovu tanınmış fransız atilyesi Saoutchik tərəfindən 1929-cu ildə hazırlanmışdır. Kuzovda alüminumdan, interyerdə asya kərtənlələsinin dərisindən istifadə olunmuşdur. 2013-cü ildə auksionda 7,5 milyon avroya satılmışdır. Yalnız 3 ədəd istehsal edilmişdir.
2016-cı ildə 9 milyon avroya satılan roadster 1937-ci ilin “Mercedes”-in müharibədən öncəki ən bahalı avtomobili hesab edilir. Maşın 5,4 litirlik kompressorla və 8 silindirlik mühərriklə təchiz edilmişdir. Bu günə kimi cəmi 16 000 km yol qətt edmişdir.
Mercedes-Benz markasının ən bahalı maşınları siyahısına başçılıq edir. 1954-cü ildə Juan Manuel Fangioya Formula 1 yarışının qalibi olmaq sevincini yaşatmışdır. Bu günə qədər gəlib çıxmış W196R bolidlərindən biridir. Avtomobili 2013-cü ildə Bonhams auksionunda 22 milyon avroya satmışlar.///topmister
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man