İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları avtomobildə qanunsuz odlu silah gəzdirən şəxsi saxlayıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə,”VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü Emil Hacıyev yol hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Polis əməkdaşı avtomobilə yaxınlaşdıqda oturacağın üzərində ov tüfənginin olduğunu görüb və yoxlama zamanı həmin “İJ” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı, eləcə də daşınma qaydalarının pozulduğu aşkarlanıb.
E.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man