Paşinyan hökumətin iclasında buna razılıq verdiyini dedi – Dəmiryolu hansı ərazilərdən keçəcək?

17 Dekabr 2021 | 11:45
OXUNUB: 1211
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışıb. Paşinyan yaxın gələcəkdə diqqəti bu məsələnin həllinə yönəltməyin lazım olduğunu bildirərək Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunduğunu da vurğulayıb.
 
Bəs, görəsən, Paşinyanın qeyd etdiyi Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsi region üçün nə vəd edir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov deyib ki, Ermənistan baş nazirnin son açıqlaması onu göstərir ki, bütün hallarda regionda Zəngəzur dəhlizinin açılması realdır və bu konteksdə işlər görülür:
 
"İndiki halda Zəngəzur dəhlizinin açılması sadəcə, zaman məsələsidir. Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsinin reallaşması yaxın gələcəkdə Naxçıvan ilə Azərbaycanın Qərb rayonları arasında quru bağlantısının qurulmasına imkan yaradacaq.  Digər tərəfdən, layihənin reallaşması bütövlükdə region üçün yeni imkanlar açacaq. Belə ki, layihə region üzərindən daşınan yüklərin həcminə birbaşa təsir edəcək. Layihə bütövlükdə türk dünyasını birləşdirəcək.
 
 
Yekun olaraq demək olar ki, bu layihə həm region, həm ölkəmiz üçün olduqca vacibdir. Son proseslər göstərir ki, daha yaxın zamanlarda Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa quru nəqliyyat əlaqəsinin reallaşması mümkün olacaq.  Proseslər isə hərtəfli sülh müqaviləsinin imzalanmasına doğru gedir”.

Turan Rzayev
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man