İsrailin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var

Yol qəzaları 04 Yanvar 2022 | 08:33
OXUNUB: 784

İsrailin Müdafiə Qüvvələrinə məxsus “Eurocopter Panther” tipli helikopter qəzaya uğrayıb.

 

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

 

Məlumata görə, hadisə ölkənin şimalındakı Hayfa şəhəri sahillərində baş verib. Qəza zamanı helikopterdə üç ekipaj üzvü olub.

 

Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış-xilasetmə işləri havadan, qurudan və dənizdən davam etdirilir.

 

“The Times of Israel” isə bildirib ki, helikopterin heyət üzvlərindən biri tapılıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə məlumat verilmir.

 

"Kan" radiosu isə digər 2 heyət üzvünün həlak olduğunu xəbər verib.

 

Helikopterin qəzaya uğraması səbəbi barədə məlumat verilmir. Hadisə ilə bağlı təhqiqat aparılır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man