Bakıda ana və azyaşlı oğlunu avtomobillə vurub öldürən sürücüyə hökm oxunub

Yol qəzaları 03 Yanvar 2022 | 14:48
OXUNUB: 1170

Bakıda ana və azyaşlı oğlunu avtomobillə vuraraq ölümlərinə səbəb olmaqda təqsirləndirilən Taleh Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avtosfer.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T. Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə aprelin 19-u paytaxtın Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Taleh Tağıyevin idarə etdiyi “Ravon” markalı avtomobil Gülnar Yuniszadə, onun oğlu Yusmir Yuniszadə və bacısı Fidan Cəfərzadəni vurub. Nəticədə ana və oğlu ölüb, F.Cəfərzadə isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanı törədən T.Tağıyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man