Masallıda yol qəzası olub - xəsarət alanlar var - FOTO

Yol qəzaları 02 Yanvar 2022 | 19:10
OXUNUB: 1500

Masallıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, qəza Lənkəran-Boradigah magistralının Mahmudavar kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Şağlaser kənd sakini 1965-ci il təvəllüdlü İlqar Ağamoğlan oğlu Bəşirovun idarə etdiyi 44-BS-619 dövlət qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobil Masallı istiqamətində hərəkətdə olub. Bu zaman qarşıdan gələn Masallı rayonunun Mahmudavar kənd sakini 1962-ci il təvəllüdlü İnqilab Əliyevin idarə etdiyi 99-KX-350 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil anidən dönmə əməliyyatı edib. Nəticədə avtomobillər toqquşub və "VAZ 2107"nin sürücüsü İlqar Bəşirov və sərnişinləri, həmkəndlisi 1979-cu il təvəllüdlü Vüsal Əfrəddin oğlu İsmayılov və Tükəvilə kənd sakini Cəsarət Nadir oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man