İsmayıllıda avtomobil qəzasında xəsarət alan 13 nəfərdən biri ölüb

Yol qəzaları 02 Yanvar 2022 | 13:37
OXUNUB: 842

Üç gün öncə İsmayıllı rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Bakıdan Şəki istiqamətinə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusunun İsmayıllı şəhəri ərazisində "NİVA" markalı minik avtomobili ilə toqquşması nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan biri, "NİVA"nın sürücüsü, Laçın rayonundan olan və İsmayıllıda məskunlaşan 1970-ci il təvəllüdlü Qaraşov Xaliq Valeh oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq ölüb.

Qeyd edək ki, hadisə zamanı mikroavtobusda olan Şəki sakinləri 1994-cü il təvəllüdlü Seyidova Esmira İlqar qızı, 1981-ci il təvəllüdlü Güliyeva Gülafət Ağasəf qızı, 1993-cü il təvəllüdlü Məmmədli Arzuman Əvəz oğlu, 1985-ci il təvəllüdlü Səmədova Dürdanə Fikrət qızı, 1974-cü il təvəllüdlü Səlimov Yaşar Hacıbaba oğlu, 1991-ci il təvəllüdlü Abduləzimov Mehman Əlixan oğlu, 1973-cü il təvəllüdlü Səlimova Könül Muxtar qızı, 1986-cı il təvəllüdlü Hacıyev Sadiq Əsabəli oğlu, 1989-cu il təvəllüdlü Əhmədov Elvin Vədadil oğlu, 2004-cü il təvəllüdlü Xəlilova Şəbnəm Rəhim qızı, 2005-ci il təvəllüdlü Qaraşov Qürbət Xaliq oğlu, Bakı sakini 1997-ci il təvəllüdlü Məmmədov Pərviz Sahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.///Apa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man