Şəki rayon sakini Dövlət Yol Polisindən şikayətçidir. Avtosfer.az-müraciət edən sürücü deyir ki, idarə etdiyi 10 VU 689 dövlət nömrə nişanlı , "Mercedes" markalı avtomobil ilə 33 BE 837 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı maşınla Şəki şəhəri, Salman Mümtaz küçəsində toqquşub.
Sürücü deyir ki, dönmə işığını yandırıb və sola manevr edən zaman digər maşın onun avtomobilini vurub. "Yol polisi videogörüntüləri izlədikdən sonra mənim qayda pozduğumu bildirdi. Amma mən hesab edirəm ki, qayda pozmamışam. Eyni zamanda "07" sürücüsü sürət həddini aşmışdı."
Avtosfer.az görüntülərə əsasən bildirir ki, "Mercedes" markalı avtomobilin sürücüsü ən sol zolaq ilə hərəkət etsəydi qəza baş verməzdi. Eyni zamanda dönmə əməliyyatı edərkən təhlükəsizlik qaydalarına riayət etməklə dönmək olar.
Videonu təqdim edirik:
Şərh yaz
Xəbər haqqında fikirlərinizi yazın
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man