Ağsuda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Yol qəzaları 31 Dekabr 2021 | 15:36
OXUNUB: 1108

Ağsuda avtomobil aşıb, 3 nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Padar Qışlaq kəndində qeydə alınıb.

Belə ki, 52 yaşlı sürücü Mustafayev Səfər Ağasəfər oğlu "VAZ-2106" markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və onun sərnişinləri - Padar Qışlaq kənd sakinləri 68 yaşlı Babakişiyev Qardaşalı Qardaşxan oğlu və 38 yaşlı Mustafayeva Günel Eyvaz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

İlkin məlumata görə, hadisəyə yolun qatı dumanlı və sürüşkən olması səbəb olub.

Faktla bağlı araşdırma aparılır

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man