İngiltərənin Viltşir şəhərində yol polisi adi şəxsiyyət vəsiqəsi yoxlaması zamanı 55 yaşlı qadını saxlayıb və sürücünün 38 ildir sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyini aşkar edəndə şoka düşüb.
Milli.Az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb. Bütün bu müddət ərzində sürücüdən ilk dəfə sənədlərini göstərməyi tələb ediblər. İngilis qadın maşın sürməyi hələ məktəbdə oxuyarkən "Marqaret Tetçer baş nazir olanda" öyrəndiyini, lakin sürücülük vəsiqəsi almaq üçün heç vaxt imtahan vermədiyini etiraf edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücüyə bildiriblər ki, o, təkbaşına səfərə davam edə bilməyəcəyi üçün evə piyada və ya taksi ilə getməli olacaq. Onun avtomobilini müsadirə etmək üçün evakuator çağırıblar.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man