Bu ölkədə şəxsi avtomobillərin texniki baxışı LƏĞV EDİLDİ

Nəqliyyat xəbərləri 30 Dekabr 2021 | 23:23
OXUNUB: 2361

Rusiya Prezidenti Vladimir Putin Rusiyada şəxsi avtomobillərin və motosikletlərin icbari müntəzəm texniki baxışını ləğv edən qanunu təsdiqləyib. 

Qanun 50 milyona yaxın avtomobil sahiblərinə şamil ediləcək.

Qanun dekabrın 22-də Dövlət Duması tərəfindən qəbul edilib və dekabrın 24-də Federasiya Şurası tərəfindən təsdiqlənib.

Qanuna əsasən, vətəndaşların mülkiyyətində olan və onların yalnız öz ehtiyacları üçün istifadə etdikləri avtomobil və motosikletlər texniki baxışdan azad ediləcək.

Eyni zamanda, bu prosedur taksi və sərnişinlərin daşınması üçün istifadə olunan digər avtonəqliyyat vasitələri, habelə biznes məqsədləri üçün istifadə olunan şəxsi avtomobillər üçün məcburi olaraq qalacaq. 

Bundan əlavə, istehsal tarixi 4 ildən yuxarı olan avtomobil və motosikletlər satıldıqda, həmçinin, qeydiyyata alındıqda, yaxud nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edildikdə icbari texniki baxışdan keçmək məcburi olacaq.///lent.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man