Yol polisi reyd keçirdi - Qaradağ postunda narkoman sürücü SAXLANILDI

İctimai nəqliyyat 30 Dekabr 2021 | 11:24
OXUNUB: 710

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Saatlı rayon sakini Ruslan Bağırovun idarə etdiyi "Opel" markalı avtomobil Qaradağ rayonu ərazisində yerləşən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. R.Bağırov polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə R.Bağırov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man