Azərbaycan niyə 12 illik təhsil sisteminə keçməlidir? – Ekspert izah edir

14 Dekabr 2021 | 10:53
OXUNUB: 1045
"Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi, beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir”.
 
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov təhsil müddətinin uzadılması ilə bağlı son günlər müzakirə obyektinə çevrilən məsələyə münasibət bildirərkən deyib. Ekspert hesab edir ki, 12 illik təhsilə keçid uşaqların tədris, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək:

"Orta məktəbə baxsaq görərik ki,  hazırda V siniflər üçün nəzərdə tutulmuş kurikulumlar 11 illik təhsil sisteminə hesablanıb. Bu sistemlə oxuyan şagirdlər bir müddətdən sonra - 2019-cu ildə məktəbi bitirdilər. Amma ilk buraxılış məzunlarından nəzərdə tutulan nəticəni görə bilmədik. 12 illik təhsil sistemi artıq dünyada özünü doğrultmuş sistemdir. 11 illik təhsil sistemi isə daha çox postsovet məkanında qalıb. Elə ölkələr var ki, hətta orta təhsil 13-14 ilə qədər çəkir. 11-12 illik təhsil üçün artıq yeni proqramlar tərtib olunmalıdır. Bu sistemə keçmək üçün hələ çox gecikmişik”.

Müsahibimiz bildirib ki, burada ən ciddi məsələlərdən biri dərsliklərin də yeni kurikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddətin tələb olunmasıdır:

"Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2, 5+5+2 və ya digər hansısa sxem əsasında qurulması və s. kimi məsələlərin həlli tələb olunur. 12 illik təhsil sisteminə bütün ölkə üzrə birdəfəlik, yaxud tədricən keçilib-keçilməyəcəyi barədə də hələ ki, konkret qənaətə gəlinməyib”.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man