Azərbaycanda avomobillərin hərəkəti ilə bağlı qayda - DƏYİŞİB

Nəqliyyat xəbərləri 29 Dekabr 2021 | 15:07
OXUNUB: 1336

Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında 7 iyul 2009-cu il tarixli qərarında dəyişiklik edib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən yük avtomobillərinin icazə verilən ümumi kütləsi üçoxlu avtomobil üçün 24 tondan 25 tona, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobillər üçün isə 25 tondan 26 tona dəyişdirilib.

Bundan başqa, yəhərli avtoqatarların icazə verilən ümumi kütləsi ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə, üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə və üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə 38 tondan 40 tona çatdırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man