Bakıda ən çox qəzalar bu küçələrdə olur - Diqqətli olun - VİDEO

İctimai nəqliyyat 28 Dekabr 2021 | 23:00
OXUNUB: 1332

Bakıda ən çox ölümlə nəticələnən qəzalar böyük küçə və prospektlərdə baş verir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, cari ilin 9 ayında ən çox avto-qəzalar paytaxtın 7 böyük prospektində və 8 küçəsində qeydə alınıb.

Həmin küçə və prospektlərdə 9 ay ərzində 116  yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 53 nəfər ölüb, 86 nəfər isə xəsarət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli təyin edilən ekspertizaların rəyinə əsasən bütün yol-nəqliyyat hadisələrinin hansı səbəbdən baş verdiyini açıqlayıb.

Qeyd edilib ki, ağır qəzaların əsas səbəbi sürət həddinin aşılması və ara məsafəsinə düzgün əməl edilməməsidir.

Araz Əsgərli deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakıda ölüm və ya xəsarətlə nəticələnən qəzaların sayında artım var. O, qəzaların günün hansı saatlarında baş verdiyinə də aydınlıq gətirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man