Möhtəşəm Lexus LX 600 və LX 500d Gürcüstanda təqdim edildi - FOTO-VİDEO

Nəqliyyat xəbərləri 28 Dekabr 2021 | 13:38
OXUNUB: 1094

Bu günlədə bir qrup jurnalist və avtomobil ekspertləri Gürcüstanda Lexus-un tam yeni LX modelinin test sürüşlərini həyata keçiriblər. Lexus Avropanın təşkil etdiyi test yürüşlərində Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı da iştirak edib. 

Yürüşlərdə yüksək gücə və fırlatma momentinə malik 3,5 litrlik V6 qoşa turbo benzin mühərrikinə malik LX 600 və 3,3 litrlik V6 qoşa turbo dizel mühərrikinə malik LX 500d versiyaları sınaqdan keçirilib. 


Hər iki variant Lexus brendinə xas unikal idarəetmə xarakteristikalarını həm yolda, həm də yolsuzluq şərtlərində tam reallaşdırmaq üçün elektron idarəetməli əyləclər (ECB) və elektrogücləndiricili sükan sistemi (EPS) təmin edilib.

Avtomobillər daha təhlükəsiz və komfortlu idarəetmə təcrübəsi yaşadan alətlər paneli Lexus brendinin 12,3 düymlük yuxarı ekranı və 7 düymlük aşağı ekranı olan ilk qoşa displeyinə, habelə dünyada bir ilk olaraq avtomobilin arxa hissəsinin altında qalan sahəni göstərən Back Underfloor View (Alt Görünüş Kamerasına) malikdir. 


Bundan başqa yeni nəsil LX uzun illərin məhsulu olan etibarlılıq, davamlılıq və yolsuzluq şərtlərində hərəkət xarakteristikalarını yolda hərəkətin rahatlığı ilə bir araya gətirir. İki yeni güclü və səmərəli benzin və dizel güc aqreqatının təqdimatı ilə Lexus brendinin funksionallıqla eleqantlığın vəhdətindən ibarət yeni nəsil dizayn konsepsiyası dörd ayrı oturacağı və yüksək keyfiyyətli komfortu ilə fərqlənən yeni VIP komplektasiya etiva edir. Lexus brendinin ilk barmaq izi tanıyan  işəsalma düyməsinin sayəsində təhlükəsizliyin təkmilləşdirilməsi xüsusiyyətlərini birləşdirən LX 600 və LX 500d modelləri özünüzü tam fərqli hiss etməyə imkan verəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man