Köhnə avtomobillər niyə artır? – “Rüsumlar o qədər yüksəkdir ki...”

Nəqliyyat xəbərləri 28 Dekabr 2021 | 12:51
OXUNUB: 666

"Azərbaycanda təxminən milyon yarımdan çox avtomobil var. Təəssüf ki, bu avtomobillərin əksəriyyəti istismar müddətini başa vurmuş, ekoloji cəhətdən yararsız avtomobillərdir". Bu sözləri sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. Mütəxəssisin sözlərinə görə, köhnə avtomobillər həm də ağır qəzalara şərait yaradır: "Köhnə avotmobillər yararsız olduğu üçün qəzaya düşmə ehtimalı da yüksəkdir. Belə avtomobillərin qəzaya düşməsi ilə ağır faciələr yaşanmaqdadır. Bu cür avtomobillərin dövriyyədən çıxarılması prosesi artıq gecikir. "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" imzalanıb və proqrama görə yararsız avtomobillər ölkədən yığışdırılmalıdır. Proqramda bunun üçün utulizasiya, yeni avtomobillərin gətirilməsi üçün həvəsləndirici addımların atılmalı olduğu göstərilib. Belə ki, ölkəyə gətirilən avtomobillərin gömrük rüsumları, aksiz vergisi azaldılmalıdır ki, sahibkarlar çətinlik çəkməsin".

Nəqliyyat eksperti gömrük rüsumlarının yüksək olduğunu xatırladaraq ölkəyə idxal olunan avtomobillərin kredit faizinin azaldılmalı olduğunu bildirib: "Belə avtomobillərə verilən kredit faizləri azaldılmalı, şərtlər yüngülləşdirilməlidir. Vətəndaşlarımızın əlində 10-15 min manat pul olur, lakin bu pulla avtomobil almaq mümkün olmadığı üçün məcbur qalıb Sovet istehsalı olan köhnə maşınlar alırlar. Yararsız avtomobillərin isə utulizasiya prosesi bir qədər çətin məsələdir. Əgər vətəndaşın avtomobilini əlindən alıb, utilizasiya ediriksə, bunun müqabilində vətəndaş üçün müəyyən təklif olmalıdır. Utilizasiya üçün kredit şərtləri sadələşməlidir. Bu gün minik avtomobillərinin çoxu yararsızdır. Təəssüf olsun ki, dövlət proqramında qeyd olunan müddəalar hələ də icra olunmayıb. Halbuki 2019-2023-cü illərdə bütün bu problemlər aradan qaldırılmalı, köhnə Sovet avtomobilləri dövriyyədən yığışdırılmalı idi".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man