Ələt-Astara yolunda ağır qəza - ÖLƏN VAR

Yol qəzaları 28 Dekabr 2021 | 11:06
OXUNUB: 609

Salyan rayonunda avtomobil 81 yaşlı kişini vuraraq öldürüb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 14-u saat 19 radələrində köhnə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kənan Cəlilov idarə etdiyi “Moskviç-2140” markalı avtomobillə yolu keçən 1940-cı il təvəllüdlü Aslan Əliyevi vurub. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra o, Mirqasımov adına Respublika Klinik Xəstəxanasına köçürülüb. A.Əliyev dekabrın 27-də orada ölüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

“Report”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man