Bu avtomobilin 1 porşeni 65 min dollardır - VİDEO

Nəqliyyat xəbərləri 27 Dekabr 2021 | 23:49
OXUNUB: 944

Başlıqdakı 3 sıfır yalan deyil. Adi avtomobilin porşeninin qiyməti 10-100  AZN arası dəyişir. Fərq nədədir? Söhbət Formula-1 bolidindən gedir. Bu avtomobillərin mühərrikinin qiyməti təxminən 10 milyon dollardır.  Avtosfer.az bildirir ki, yarış avtomobilinin mühərriki sürtünməyədavamlı materialdan hazırlanır ki, bu da əsasən titan ərintisi olur. 
Adi avtomobildə dirsəkli valın dövrlər sayı dəqiqədə 5000-i keçmədiyi halda (taxometrdəki 8000 d/d sizi aldatmasın), idman bolidində dövrlər sayı dəqiqıdı 22 000-dir! Bu tezliklə dövr edən mühərrikin porşeni dəqiqədə təxminən 60 000 enmə-qalxma hərəkəti edir. Bu zaman porşenin başına 1000 kq/metr yük düşür. Bu da gəmi mühərrikindəki yükə bərabərdir. Üstəgəl alışma taktında temperatur 2500 dərəcəyə çatır. Adi düralüminium porşen bu rejimdə heç bir dəqiqə işləyə bilməz. Bu porşen isə 5000 km işləməlidir.
İfrat qızma və sürtünmənin qarşısını almaq üçün silindr divarları təzyiqlə yağlanır. Halbuki adi mühərriklərdə 100 ildir çiləmə üsulu tətbiq edilir və düzgün qulluq zamanı silindr divarı və porşen 600-700 min km yol qət edə bilir (yük avtomobilində 1 milyon km və daha çox.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man