Abşeronda avtomobillər toqquşub, taksi sürücüsü ölüb

Yol qəzaları 27 Dekabr 2021 | 10:25
OXUNUB: 609

Abşeron rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Avtosfer.az-ın “Report”a istinadən  xəbərinə görə, hadisə rayonun Məhəmmədi qəsəbəsi, Məhəmmədi-Mehdabad yolunda qeydə alınıb.

Belə ki, taksi sürücüsü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun idarə etdiyi “AzSamand” markalı avtomobillə digər taksi sürücüsü, 1981-ci il təvəllüdlü Vəliyev Ramin Sabir oğlunun idarə etdiyi “Mercedes” markalı maşın toqquşub. Nəticədə C.Vəliyev hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man