Türkiyədə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemi olan HİSAR O+ sınaqdan keçirilib.
Avtosfer.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi naziri İsmail Demir məlumat verib. "Milli hava hücumundan müdafiə raket sistemimiz "HİSAR O+" silahlanmaya daxil edilmədən öncə son qəbul atışında yüksək hündürlükdə yüksək sürətli hədəfi məhv etdi. "HİSAR O+" artıq bütün elementləri ilə tam gücü ilə işləyir. Şanlı ordumuza xeyirli olsun", - deyə nazir qeyd edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man