Bu gün səhər İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda baş verən zəncirvari qəzada 10 nəfər ölüb.
Avtosfer.az-ın məlumatına görə, bunu İranın Xuzistan vilayəti təcili yardım mərkəzinin ictimai əlaqələr şöbəsinin müdiri Arif Əsl Şərəhani deyib.
Onun sözlərinə görə, hadisədə fəhlələri daşıyan minik avtomobilinin bütün sərnişinləri ölüb. Zəncirvari qəza 5 minik avtomobili və bir yük maşınının iştirakı ilə baş verib. İndiyədək 6 nəfər xəstəxanaya çatdırılıb.
Hadisə yerinə 12 təcili yardım avtomobili cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Trend
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man