Azərbaycanda 2003-2021-ci illər ərzində 19,2 min km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Avtosfer.az-a verilən məlumata görə, hesabat dövründə 460 yeni körpü, yol ötürücüsü və avtomobil tuneli tikilib, 95-i isə təmir edilib.
Məlumata görə, 2003-2021-cı illər ərzində Bakı şəhərində 83 yol ötürücüsü və tunel tikilib, 4-ü təmir edilib. Bununla yanaşı, paytaxtda 99 yeraltı və yerüstü piyada keçidi tikilib, 11-i isə təmir edilib. 2010,5 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.
Qeyd olunur ki, 1 yanvar 2021-ci il tarixinə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə 115 km təşkil edirdisə, bu gün artaraq 935,5 km olub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man