Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Əliqasımlı kəndində qeydə alınıb. 2009-cu il təvəllüdlü Məmmədov Elman Rəmzi oğlu yolu keçərkən minik avtomobili onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
"Report"
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man