Bakıda taksi sürücüsü avtobus sürücüsünü niyə döyüb? - DYP-dən AÇIQLAMA - VİDEO

İctimai nəqliyyat 23 Dekabr 2021 | 14:55
OXUNUB: 2959

Dekabrın 22-i axşam saatlarında Bakı Beynəlxalq Avtovağzal yaxınlığındakı avtoyuma məntəqəsində "29" nömrəli avtobus sürücüsü ilə Uber taksidə çalışan sürücü arasında insident yaşanıb. 77 BF 973 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü Quliyev Suliddin Mirzağa oğlu 90 VZ 633 dövlət nömrə nişanlı, 29 nömrəli müntəzəm marşurut xəttinində işləyən avtobusun sürücüsünü döyüb. Hadisəyə səbəb olaraq avtobus sürücüsünün içkili olaraq sükan arxasında olması idda edilir. 
Məsələ ilə bağlı Avtosfer.az-a məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli bildirib ki, hər iki sürücü 40-cı polis bölməsinə dəvət olunub. "Hadisənin səbəbləri araşdırılır. Araşdırmadan sonra nəticə barədə müvafiq məlumat veriləcək."

Orxan

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man