Burada maşın saxlamaq olmaz - Sürücülər mütləq izləsin! - VİDEO

Nəqliyyat xəbərləri 22 Dekabr 2021 | 23:23
OXUNUB: 1820

Çox sayda sürücü dayanma qaydasını pozduğuna görə 20 manat cərimə olunub. Həmin sürücülər bu cərimələrin qanunsuz yazıldığını iddia edirlər.

Bura paytaxtın Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsidir. Bu küçənin kənarında avtomobillərini saxlayan sürücülər Bakı Nəqliyyat Agentliyindən şikayətçidirlər.

Sürücülərin iddiasına görə, yolda dayanma və durmanı, eləcə də parklanmanı qadağan edən heç bir nişan quraşdırılmayıb. Ancaq buna baxmayaraq, agentlik əməkdaşları onları cərimələyib.

Sürücülər deyirlər ki, yaşadıqları binanın həyətində parklanma üçün şərait olmadığından onlar avtomobillərini yolun kənarında saxlamalı olurlar.

Ərazidə çəkiliş apardığımız zaman yolda dayanmanı və ya parklanmanı qadağan edən hər hansı nişanın olmadığının şahidi olduq. Bəs sürücülərin 20 manat miqdarında cərimə olunması qanunidirmi? Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, həmin ərazidə heç bir nişanın olmamasına baxmayaraq, sürücülər qanuna uyğun olaraq cərimələniblər.

Mais Ağayev qeyd etdi ki, sürücülərin avtomobillərini yolda səkiyə paralel park etməmələri səbəbindən həmin ərazidən keçən 2 marşrut xəttinin fəaliyyətində də problemlər yaranır.

Yol hərəkəti üzrə eskpertlər isə bildirirlər ki, həmin ərazidə sürücülərə dayanma qaydalarını pozmağa görə 20 manat miqdarında cərimə yazıla bilməz. Bu vəziyyətdə sürücülər "Yol hərəkəti haqqında" qanunun 346-cı maddəsinə görə, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə 10 manat miqdarında cərimə olunmalıdırlar. Mais Ağayev bu məsələyə də münasibət bildirdi. O, qeyd etdi ki, həmin ərazidə parklanma nişanı olmadığından sürücülərə 10 manat yox, 20 manat miqdarında cərimə yazılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man