Yol polisi belə sürücüləri postlarda necə müəyyən edir? - VİDEO

İctimai nəqliyyat 22 Dekabr 2021 | 23:00
OXUNUB: 10982

Ölkədə yol polisi əməkdaşları tərəfindən demək olar ki, tez-tez içki reydi keçirilir. Bu reydə əsasən avtomobili şübhəli idarə edən sürücülər cəlb olunur ki, sürücünün spirtli içki və ya narkotik vasitənin təsiri altında olub olmadığı müəyyən edilsin. Keçirdiyimiz sorğu zamanı sürücülər alkotesterdə görünən nəticənin, onları hansı halda məsuliyyətə cəlb etdiyindən məlumatsız olduğunu bildirirlər.

Sürücülərin spirtli içki və ya narkotik vasitənin təsiri altında olub olmamasının hansı qaydada yoxlanılmasını öyrənmək üçün qarşısında hərəkətin intensiv olduğu postlardan birinə yaxınlaşdıq. Xidmətdə olan yol polisi əməkdaşları proseduru belə izah etdi:

Sürücünün narkotik vasitə qəbul etdiyini aşkarlamaq üçün ağız suyundan götürülən nümunə cihaza daxil edilir. 12 dəqiqə sonra isə sürücünün narkotik vasitə qəbul etməsindən əlavə, narkotik vasitənin hansı növündən istifadə etdiyi də cihaz tərəfindən qeyd olunur. Elə sərxoşluğun yoxlanması prosedurunun tam olaraq necə olduğunu yol polisi biz çəkiliş aparan zaman da sürücülərə izah etdi...

Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində son 9 ayda 14 qəza baş verib. Bu ilin 9 ayı ərzində isə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü aşkar edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man