Azərbaycana 80 mindən çox avtomobil idxal edilib

Nəqliyyat xəbərləri 22 Dekabr 2021 | 22:14
OXUNUB: 1871

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 81 726 avtomobil idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,47 faiz çoxdur.

Avtosfer.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə idxal olunan avtomobillərin 76 348-i minik avtomobili olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz çoxdur.

Azərbaycan bu ilin on bir ayı ərzində 10 və daha çox sərnişintutumlu 213 avtomobil, 153 elektromobil və 11 464 hibrid avtomobil idxal edib.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan yük avtomobillərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,2 faiz artaraq 5 024 ədəd təşkil edib.

Azərbaycan bu dövr ərzində 835,376 milyon dollar məbləğində avtomobil idxal edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man