Yol Patrul Xidməti Alayının komandiri dünya çempionu oldu - FOTO

İctimai nəqliyyat 22 Dekabr 2021 | 19:00
OXUNUB: 11713

Dekabrın 19-da Rusiyanın paytaxtı Moskva şəhərində 30-a yaxın ölkənin iştirakı ilə Pauerliftinq idman növü üzrə Dünya Çempionatı keçirilib. Avtosfer.az xəbər verir ki, Azərbaycan Pauerliftinq İdman Federasiyasının yığma komandasının bir hissəsi çempionatda ölkəmizi təmsil edib. 

"Deadlift" növü üzrə yarışan idmançılardan, 4-ü 1-ci yerin sahibi olaraq yarışı qalib kimi başa vurub.Digər iki nəfər isə, ikinci və üçüncü yerə yüksələrək gümüş və bürünc medal qazanıblar.

Yarışda iştirak edən 12 idmançı arasında 90 kq çəki dərəcəsində Raif Süleymanov bütün rəqiblərini üstələyərək 1-ci yerin qalibi olub.

Qeyd edək ki, polis polkovniki Raif Süleymanov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri, polis polkovnikidir. O, dəfələrlə yarışların qalibi olub, Avropa və dünya çempionu adına layiq görülüb.

Orxan 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man