"Range Rover” şəhərdə kiçik bir qarlı yoxuşu qalxa bilmədi - VİDEO

Maraqlı 22 Dekabr 2021 | 11:56
OXUNUB: 551

Fransanın bir çox şəhərinə son 2 gündə ilk qar yağıb. Bu qar özü ilə müəyyən çətinlikləri də gətirsə də, sosial şəbəkənin fransız seqmentində hamı bu “Range Rover” sürücüsündən danışır. 
Michelin qış təkərləri ilə təchiz olunmuş yüksək keçidli avtomobil şəhərin qarlı küçələrinin birində xırda bir yoxuşu qalxa bilmir.  Sürücü tam ötürməni və avtomobilin bütün imkanlarını səfərbər etsə də, maşın yoldan çıxır və sürüşür. Sürücü də axırda bu yoldan vaz keçir.
Motor1.com jurnalı əlavə edir ki, avtomobil jurnalistləri bu modeli ötən qış Alp regionunda sınaqdan çıxararkən heç bir ciddi problemlə üzləşməyiblər. 
Deməli, problem avtomobildə deyil, sürücüdədir. Peşəkar sürücü buranı “Jiquli” ilə asanlıqla qalxa bilər. Bir sözlə, heç bir texnologiya insan faktorunu istisna etmir. 
Şəxsən özüm belə bir hadisənin 3 il əvvəl şahidi olmuşam: Yanvar ayında yol buz bağlayarkən iş yoldaşım Yasamaldakı enişi “Kia Serato” ilə düşdü. Bizə baxıb həvəsə gələn “Prado” sürücüsünün avtomobili isə ələ gəlmədi. Eyni yolu “Niva” ilə qalxmaq istəyən gənclər də biabır oldular. Halbuki, “Niva”nın keçicilik qabiliyyəti 40 ildə heç kimdə şübhə doğurmayıb.

 

Vüqar Yaşaroğlu

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man