Yol polisi narkotik qəbul edən üç sürücünü saxladı:həbs olunan var - FOTO

İctimai nəqliyyat 22 Dekabr 2021 | 00:08
OXUNUB: 896

Nizami rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücüləri aşkarlayıb. Avtosfer.az xəbər verir ki, 77 PE 144 dövlət nömrə nişanlı, "İnfinity" markalı avtomobilin sürücüsü Ramis Allahverdiyev, 10 BY 400 dövlət nömrə nişanlı, "Chevrolet" markalı avtomobilin sürücüsü Akşin Quliyev və 90 RO 824 dövlət nömrə nişanlı, "Volkswagen" markalı avtomobilin sürücüsü Pünhan Məmmədov narkotik vasitə və "patı" çəkərək sükan arxasına əyləşib. Saxlanılan şəxslər müayinədən keçirilib və onların narkotik vasitələrin təsiri altında olduğu aşkarlanıb.  
Sürücülər barəsində toplanmış materiallar aidiyyatı üzrə Nizami rayon məhkəməsinə təqdim olunub.  Məhkəmənin qərarı ilə Ramis Allahverdiyev və Akşin Quliyev bir il sürücülük hüququndan məhrum edilib.  Pünhan Məmmədov isə il ərzində ikinci dəfə bu əməli törətdiyi üçün 5 gün müddətində inzibati qaydada həbs olunub və sürücülük hüququndan məhrum edilib.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man