Yupiterdən 70 dəfə daha ağır nadir qəhvəyi cırtdan aşkar edilib

Maraqlı 21 Dekabr 2021 | 19:15
OXUNUB: 1104

Pensilvaniya Dövlət Universitetinin və digər elmi təşkilatların astronomları TOI-2119 qırmızı cırtdan ulduzun ətrafında fırlanan nəhəng qəhvəyi cırtdan aşkar ediblər. Obyekt Yupiterdən demək olar ki, 70 dəfə böyükdür və öz ana cismi ətrafında ekssentrik orbitdə fırlanır.

Bu barədə “arXiv” repozitoriyasında məqalənin ilkin nəşrində bildirilir.

Qəhvəyi cırtdanlar qaz nəhəngləri ilə aşağı kütləli ulduzlar arasında ara mövqe tutur və kütləsi 13 ilə 80 Yupiter kütləsi arasındadır. Digər ulduzların ətrafında fırlanan qəhvəyi cırtdanlar olduqca nadirdir, ana ulduzlarından üç astronomik vahiddən az məsafədə yerləşən obyektlərə isə daha az rast gəlinir. Belə göy cisimləri “qəhvəyi cırtdan səhrası”na aiddir.

TOI-2119.01 NASA-nın TESS peyki vasitəsilə müəyyən edilib. Alimlər bunun protoplanetar diskdə qravitasiya qeyri-sabitliyi nəticəsində yarandığını düşünür.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man