Sərxoş taksi sürücüsü: "Qələt eləyib cəhənnəmə içmişəm" - VİDEO

İctimai nəqliyyat 21 Dekabr 2021 | 15:26
OXUNUB: 12104

Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü saxlanılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə,  99 XY 698 dövlət nömrə nişanlı,  "Mercedes" markalı avtomobilin sürücüsü Silyan Ağayev spirtli içki qəbul edərək sükan arxasına keçib. YPX əməkdaşları onun avtomobili ziqzaqvari sürdüyünü görərək Qaradağ postunda saxlayıb.
Ağır dərəcədə sərxoş olan sürücü nəvəsinin ad günündə içdiyini deyib. Yol polisi əməkdaşları onunla profilaktiki söhbət aparıb. Eyni zamanda yaxınları ilə əlaqə saxlayaraq ailəsinə təhvil veriblər. 
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub.

Qeyd edək ki, sürücü taksi fəaliyyəti ilə məşğul olur.
Avtosfer.az-ın əməkdaşı sürücünün yol polisi ilə söhbətini lentə alıb. Videonu təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man