Bakıda havada yanaraq yerə düşən obyekt nədir? - AÇIQLAMA - VİDEO

Maraqlı 21 Dekabr 2021 | 00:09
OXUNUB: 1307

Bakı sakinləri bu gün səhər saatlarında havada yanaraq yerə doğru hərəkət edən obyekt görüblər.

Məlumata görə, havada yanaraq yerə düşən obyekt şəhərin bir çox istiqamətlərindən müşahidə edilib.

Bununla bağlı sualı Trend-ə Azərbaycan Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru professor Nəriman İsmayılov cavablandırıb.

O bildirib ki, fəzada çoxlu sayda müxtəlif ölçülü göy cisimləri mövcuddur. Onlar müxtəlif səbəblərdən aşınaraq öz orbitini tərk edir və istənilən istiqamətə uça bilir.

"Onlardan bir neçəsi də yer orbitinə daxil ola bilir. Yer kürəsində böyük sürət nəticəsində yüksək temperatura qədər qızır və aşınır. Belə cisimləri meteorlar adlandırırlar. Onlar yerə düşəndə isə daş parçası formasında olur. Meteoritlər müxtəlif ölçüdədir. Onların böyüklərinə bolidlər deyirlər. Bolidlər daha parlaq formada olurlar. Onlar yerə çatmadan kül olurlar. Bakı səmasında müşahidə olunan cisim bu tip cisimlərdəndir" - deyə qurum rəsmisi bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man