Bakıda bir ailənin üç üzvünü maşın vurdu: 1 ölü

Yol qəzaları 20 Dekabr 2021 | 14:38
OXUNUB: 576

Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı iki nəfər xəsarət alıb və bir nəfər ölüb.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Yolu keçən 1956-ci il təvəllüdlü Fərziyeva Xəzəngül Rəşid qızı və onun oğlu 1981-ci il təvəllüdlü Fərziyev Qəribağa Nadir oğlu, həmçinin sonuncunun həyat yoldaşı 1994-cü il təvəllüdlü Fərziyev Fərid Xavər qızını avtomobil vurub. Hadisə nəticəsində X.Fərziyeva qəza baş verən ərazidə ölüb. Digər iki yaralı ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man