Putinlə Baydenin görüşü başa çatdı

07 Dekabr 2021 | 21:20
OXUNUB: 3686
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden ilk dəfə telekonfrans formatında keçirilən ikitərəfli danışıqlara başlayıblar.

Sfera.az xəbər verir ki, liderlərin Ukrayna ətrafındakı vəziyyəti və strateji sabitlik məsələlərini müzakirə edəcəyi gözlənilir. Onlar həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxuna bilərlər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Putinlə Bayden arasında ünsiyyət kifayət qədər uzun davam edə bilər.

İki lider arasında bugünkü söhbət Baydenin Amerika prezidenti vəzifəsinə başlamasından bugünədək beşinci söhbətdir. Bundan əvvəl iki dövlətin başçıları üç dəfə telefonla danışıblar, iyunun ortalarında isə Cenevrədə təkbətək görüş keçiriblər. Təkbətək söhbət iki saata yaxın davam edib və hər iki tərəfin fikrincə, konstruktiv olub.
 
 
***
Putin və Bayden arasında baş tutan 2 saatlıq danışıqlar başa çatıb.

Görüş qapalı videobağlantı vasitəsilə baş tutub.

Jurnalistlərə ilk ünsiyyət kadrları göstərilib, daha sonra görüş bağlı qapılar arxasında keçirilib.

Qeyd edək ki, bu, iki ölkə liderlərinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib. O zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man