Abramoviç yeni təyyarə aldı – Rusiyada belə layner yoxdur

Maraqlı 19 Dekabr 2021 | 17:17
OXUNUB: 612

Rusiyalı milyarder Roman Abramoviç Sefard yəhudilərinin (İspaniya və Portuqaliyadan olan immiqrantlar) və konverso yəhudilərinin (məcburi olaraq xristianlığı qəbul etmişlər) nəsillərinə Portuqaliya vətəndaşlığı almağa icazə verən Portuqaliyanın qaytarılması qanunu sayəsində bu ilin əvvəlində Portuqaliya vətəndaşı olub.

Bu haqda informasiyanı Rusiyanın RBK telekanalı yayıb.

Mənbə yazır ki, vətəndaşlığa qəbul üçün sənədləri təqdim edərkən Abramoviç Sefard yəhudi icmasının nəslindən olduğunu göstərib. Üstəlik, “Çelsi”nin sahibi,  həmçinin Rusiya və İsrail vətəndaşıdır.
“Forbes” aviasiya bazarındakı mənbələrinə istinadən yazır ki, Abramoviç təxmini qiyməti 350 milyon dollar olan və Rusiya Federasiyasında ən bahalı şəxsi təyyarə hesab edilən “Boeing 787-8 Dreamliner” laynerini alıb.

Qeyd olunur ki, Rusiya aviaşirkətlərinin heç birində Dreamliner ailəsinə aid təyyarələr yoxdur, dünya aviadaşıyıcılarında isə onların sayı 250-dir.

Flight Radar-ın məlumatına görə, dekabrın 18-də “Dreamliner” təchiz olunduğu Bazeldən Moskvanın “Vnukovo” hava limanına uçub və burada özəl aviasiyaya xidmət göstərilir. Laynerin tam yenidən qurulması 2019-cu ildən başlayaraq iki il çəkib.

Bu təyyarə 2015-ci ilin iyun ayında biznes daşımaları sektorunda fəaliyyət göstərən İsveçrənin Privateair aviaşirkəti üçün istehsal edilib, lakin aviaşirkətin bağlanması səbəbindən heç vaxt ona təhvil verilməyib. Belə nəhəng təyyarələrdən şəxsi ehtiyaclar üçün nadir hallarda istifadə olunur.
 

Nəşrin həmsöhbəti bildirib ki, bu şəxsi təyyarə 50-yə qədər sərnişin daşıya biləcək: 10 oturacaq təhlükəsizlik üçün, 10-u heyət, 30-u isə qonaqlar üçün nəzərdə tutulub. Təyyarənin uçuş məsafəsi - 18 418 km, kabinasının sahəsi - 224,4 kv metrdir. 


Forbesin mənbəyi əlavə edib ki, layner daha az diqqəti cəlb etmək üçün kifayət qədər təmkinli şəkildə rənglənib.

Bu modelin qiyməti 248,3 milyon dollara çatır. Əlavə avadanlıqlarına isə milyarder ən azı 100 milyon dollar xərcləyib.

Noyabr ayında Abramoviç pilot kabinindəki xarakterik zolağa gğrə "Bandit" adlandırılan Boeing 767-ni təxminən 100 milyon dollara satmaq qərarına gəlib. Abramoviçin bu təyyarəsi 14 illik istismar müddətində çox az uçuş edib.///bizim.media

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man