Narkotik qəbul edib maşın sürən şəxsin sürücülük hüququ məhdudlaşdırılıb - FOTO

İctimai nəqliyyat 19 Dekabr 2021 | 14:38
OXUNUB: 2835

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini K.Ramazanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən K.Ramazanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə K.Ramazanovun sürücülük hüququ altı ay müddətində məhdudlaşdırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man