Zəncirvari qəzada iki maşın yandı: 5 ölü, 25 yaralı

Yol qəzaları 19 Dekabr 2021 | 13:13
OXUNUB: 564

Meksikanın şimal-şərqində Tamaulipas ştatında sərnişin avtobus, qoşqulu traktor və minik avtomobili toqquşub.

APA xəbər verir ki, bu barədə regional Xilasetmə xidməti “Twitter” səhifəsində məlumat yayıb. 

Zəncirvari qəzada azı 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Hadisənin Syudad-Viktoriya və Matamoros şəhərləri arasında magistral yolda baş verdiyi bildirilir.

Toqquşmadan sonra avtobus və minik avtomobili tamamilə yanıb. Xəsarət alanlar xəstəxanalara çatdırılıb, onların vəziyyəti ilə bağlı məlumat açıqlanmayıb.

Qəzanın səbəbləri araşdırılır. İlkin məlumata görə, hadisə yol hərəkəti qaydalarının kobud şəkildə pozulması səbəbindən baş verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man