Bakıda tuneldə ağır qəza: Xəsarət alan var - FOTO

Yol qəzaları 18 Dekabr 2021 | 09:27
OXUNUB: 3258

Bakının Nəsimi rayonunda üç avtomobil toqquşub, bir nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb.

1992-ci il təvəllüdlü Atabəy Ramazanlı yüksək sürətlə idarə etdiyi “Chevrolet” markalı avtomobillə “Mercedes Benz” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan nəqliyyat vasitəsi daha sonra KIA markalı maşınla toqquşub. Zərbənin gücündən “Chevrolet” beton divara da dəyib. 

Qəza nəticəsində A.Ramazanlı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. 

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Polis təhlükəsizlik məqsədilə tunelin Qələbə dairəsi istiqamətinə olan hissəsini bağlayıb. 

Qəzaya uğrayan avtomobillər evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.

 

APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man