Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var

Yol qəzaları 18 Dekabr 2021 | 01:33
OXUNUB: 3395

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Hadisə Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində qeydə alınıb.

Məmmədov Rafiq Niftalı oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə kəsişmədən keçərkən motosikleti idarə edən İsa Abdullayev nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində İsa Abdullayev ağır xəsarət alıb. Avtomobilin sürücüsü Rafiq Məmmədov APA-ya bildirib ki, o işıqforun yaşıl işığından keçən zaman motosiklet onun avtomobilinə çırpılıb.

Hadisə yerində Xətai Rayon Polis İdarəsinin təhqiqatçıları araşdırma aparır.///apa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man