Vodafone və Fransanın Aguttes hərrac evi mobil telefona göndərilən dünyanın ilk mətn mesajını virtual hərraca çıxarıb.
1992-ci ilin dekabrında qısa mesaj xidməti (SMS) üzərində işləyən Böyük Britaniyanın Berkşir qraflığının Nyuberi şəhərindən olan 22 yaşlı mühəndis Nil Papvort direktoru Riçard Darvisə "Milad bayramınız mübarək” qısa ifadəsini göndərib.
Bu, dünyada kompüterdən yazılan ilk SMS-dir və nəhayət, 1999-cu ildə mətn mesajlarını birbaşa telefon vasitəsilə göndərmək mümkün olub ki, bu da onların istifadəsini sürətləndirib və populyarlığını artırıb.
İlk mətn mesajının NFT faylı olaraq dekabrın 21-də Parisdə hərraca çıxarılacağı bildirilir.
SMS-i Eter kriptovalyutası ilə almaq olar və onun ilkin qiyməti 226 min dollara bərabərdir.
Qalib tender iştirakçısı göndərici və alıcı (telefon nömrəsi və mesajın özü) haqqında məlumatı özündə əks etdirən rəqəmsal fayl alacaq və ona eksklüziv hüquqlara malik olacaq.
Məlumdur ki, ilk təbrik SMS-inin satışından əldə edilən bütün gəlirlər BMT-nin Qaçqınlar üzrə Agentliyinə köçürüləcək.///lent.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man