Soyuqdəymə, yoxsa koronavirus? – “Əgər öskürəksiz qızdırma varsa...”

06 Dekabr 2021 | 17:04
OXUNUB: 874
"Omikron" ştamı ilə əlaqədar bildirirlər ki, əsas əlamətlər arasında əzələ və baş ağrıları olur. Bunu isə biz soyuqlayanda, qrip olanda da hiss edirik.
 
Maraqlıdır, soyuqdəymə ilə koronavirusa, onun yeni ştammına yoluxduğumuzu necə ayırd edə bilərik?

Məsələ  ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli xəstəliyin əlamətlərinə uyğun olaraq koronavirusa yoluxmanı bilməyin mümkün olduğunu deyib:

"Elə pandemiyanın əvvəllərində bir çox elm adamlarını maraqlandıran sual bu olmuşdu ki, görəsən, COVID-19 xəstəliyinin başlanğıc mərhələsində olan xəstədə laborator və instrumental müayinə metodlarından istifadə etmədən, sadəcə xəstəliyin əlamətlərinə baxaraq koronavirus diaqnozu qoyula bilərmi? Bu suala cavab olaraq bir müddət araşdırmalardan sonra ilkin diaqnoz üçün bu cür differensial diaqnostikanın 100% dəqiqliklə olmasa da mümkünlüyü təsdiqləndi. Belə ki, məsələn, qriplə Covid-19 arasında oxşar simptomlar çoxdur”.
 
İnfeksionist qrip və soyuqdəymədən fərqli olaraq koronavirusa yoluxma zamanı öskürək olmadan tempraturun yüksəldiyini bildirib:

"Məhz COVID-19 üçün spesifik əlamətlərə iybilmə və dadbilmənin itməsi, xəstə şəxslə təmasdan sonra simptomların ortaya çıxması müddətinin (inkubasion dövr) 4 gündən uzun ola bilməsi, digər heç bir əlamət olmadan yalnız qızdırma ilə başlanan xəstəlik, qızdırmadan sonra bəzən mədə bulanması və ishal, xüsusilə axşamlar yüksələn bədən temperaturu və s. aid edillə bilər. Qrip xəstəliyində adətən qızdırmasız boğaz ağrısı və öskürək başlayıb, sonradan qızdırma gəlirsə, koronavirusda da əvvəldə öskürəksiz qızdırma daha xarakterikdir. Təbii ki, bunlar hər bir fərdə görə fərqlilik göstərə bilər, amma ümumi statistik göstəricilərə görə klinik mənzərə belədir”.
 
Əzizə Zeynal
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man