Maşın sürmək istədiyi üçün başqasının avtomobilini qaçıran şəxs saxlanıldı - FOTO

Nəqliyyat xəbərləri 17 Dekabr 2021 | 13:23
OXUNUB: 1044

İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs  tərəfindən qaçırıldığını bildirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə,  daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı  həmin nəqliyyat vasitəsi Qəbələ rayonu ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb. Davam etdirilən  tədbirlərlə avtomobili qaçıran şəxsin İsmayıllı rayonu Qalacıq kənd sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş  Əziz Şıxıyev olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində avtomobil sürmək istədiyi üçün nəqliyyat vasitəsini qaçırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man