Bakının Ağa Nemətulla küçəsi təmir olunub - FOTO - VİDEO

Yeniliklər 17 Dekabr 2021 | 10:46
OXUNUB: 534

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.

Bu tədbirlər çərçivəsində cari ilin “İnvestisiya Proqramı”na əsasən daha bir küçə əsaslı şəkildə təmir edilib. Söhbət Ağa Nemətulla küçəsindən gedir.

AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, uzunluğu 1.8 km təşkil edən Ağa Nemətulla küçəsində aparılan təmir işləri zamanı mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, xüsusi parkinq yerləri yaradılıb.

Məlumata görə, bundan başqa 2 nöqtədə vətəndaşların küçəni daha rahat və təhlükəsiz keçməsini təmin etmək məqsədi ilə yol ayrıcında təhlükəsizlik adacıqları inşa edilib.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Küçə boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Son mərhələdə isə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Nərimanov rayonu ərazisində təmir işlərinin aparıldığı daha bir ərazi Qarabağ küçəsidir. 900 metr uzunluğa malik küçə genişləndirmə işləri aparılmaqla əsaslı şəkildə təmir olunur. Hazırda küçədə asfaltlanma işləri icra olunur.

Ümumilikdə isə cari il ərzində ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmir olunması nəzərdə tutulurdu ki, artıq bu çərçivədə işlər tamamlanmaq üzrədir.

Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

 

Bakının Ağa Nemətulla küçəsi təmir olunub - FOTO- VİDEO Bakının Ağa Nemətulla küçəsi təmir olunub - FOTO- VİDEO Bakının Ağa Nemətulla küçəsi təmir olunub - FOTO- VİDEO

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man