Sürücülük vəsiqəsi olmayan şəxslər narkotik çəkib avtomobil idarə etdilər - FOTO

İctimai nəqliyyat 16 Dekabr 2021 | 13:04
OXUNUB: 555

Xaçmazda narkotikin təsiri altında avtomobil idarə edən şəxslər həbs ediliblər. Xaçmaz RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb.
Bu barədə  Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan avtosfer.az-a məlumat verilib. Belə ki, Sumqayıt şəhər sakini Yaşar Abbasovun  idarə etdiyi “Daewoo” və rayon sakini Rəşad Abdurəhmanovun idarə etdiyi “QAZ 33021” markalı avtomobillər rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri  və eyni zamanda hər iki şəxsin sürücülük vəsiqələrinin olmadığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər   barəsində  protokollar tərtib olunub və Xaçmaz rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs ediliblər
Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Fidan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man