Narkotik çəkib sərnişin daşıyan avtobus sürücüsü həbs olundu - VİDEO - FOTO

İctimai nəqliyyat 16 Dekabr 2021 | 12:15
OXUNUB: 2381

Dekabrın 13-ü Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları Qaradağ postu ərazisində 90-FL-403 dövlət nömrə nişanlı, "Mercedes Benz"  markalı iritutumlu marşurut avtobusunu saxlayıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü Hidayətov İlham Fərman oğlu YPX əməkdaşlarında şübhə doğurduğu üçün həkim müayinəsindən keçirilib. Məlum olub ki, sürücü narkotik vasitələrin təsiri altında avtobusu idarə edir. Onunla söhbət zamanı etiraf edib ki, toyda içkili vəziyyətdə narkotik vasitə qəbul edib və yola çıxıb. Ona bu əməlin ictimai təhlükəsi izah edilib və ağır qəzaların məhz bu səbəblərdən baş verdiyi bildirilib. Həmçinin sərnişinlə dolu avtobusu bu vəziyyətdə idarə etməklə ciddi təhlükə yaratdığı qeyd edilib. 
Sürücü Hidayətov İlham Fərman oğlu barəsində toplanmış materialar aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə o İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati qaydada həbs olunub. 
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a bildirib ki, bu ilin 9 ayı ərzində Baş DYP İdarəsinin YPX Alayı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücünü aşkar edib. "Təkcə bir ay ərzində 150-dən çox analoji hal aşkarlanıb. Təbii ki, bunun ictimai təhlükəsi böyükdür və yol polisi bu istiqamətdə mübarizə tədbirlərini gücləndirməkdə davam edir."

Namidan Piriyev onu da əlavə edib ki, daşıyıcı şirkətlər, fiziki və hüquqi şəxslər bu məsələdə diqqətli olmalıdır. "Sürücüləri qəbul edən zaman mütləq onlar müayinədən keçirilməlidir. Həmçinin reysqabağı tibbi müayinə olunmalı və belə neqativ hallar olmamalıdır. Daşıyıcı irkətlər də məsuliyyətini dərk etməlidir."

Orxan

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man