İntihar edən polis rəisinin yerinə TƏYİNAT

05 Dekabr 2021 | 16:08
OXUNUB: 2699
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə yeni rəis təyin olunub.

Sfera.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, vəzifəyə polis mayoru Natiq Teymurov təyinat alıb. O, bu təyinatadək həmin şöbədə baş təhqiqatçı işləyib.

Qeyd edək ki, 4-cü polis şöbəsinin sabiq rəisi Rahib Mirzəyev sentyabr ayında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. R.Mirzəyevin müavini rəisin intiharından öncə 26-cı Polis Bölməsinə rəis təyin olunub. Bu zaman N.Teymurov müavini əvəz edib. Rəisin intiharından sonra baş təhqiqatçı rəisin vəzifələrini icra edib.

Xatırladaq ki, R.Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.
 
(qafqazinfo)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man