Bu sürücülərin nəzərinə - Cəzalar sərt olacaq - VİDEO

Nəqliyyat xəbərləri 16 Dekabr 2021 | 00:34
OXUNUB: 2464

Vaxtaşırı narkotikdən istifadə edib sükan arxasına əyləşən  sürücülərlə bağlı  məlumatlar təqdim edirik. Elə təkcə ötən gün Bakıda səkkiz taksi sürücüsünün psixotrop maddənin təsiri altında avtomobil idarə etdiyi aşkar olunub. İctimai xidmət sahəsində fəaliyyət göstərən sürücülərin qanunla qadağan edilmiş bu cür zəhərli maddələrin təsiri altında avtomobil idarə etməsi təbii ki narahatlıq doğurur. Amma ən acnacaqlısı bundadır ki,  qanunvericilikdə avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərlə sərxoş halda idarə edənlərə tətbiq olunan cərimənin  eyni olmasıdır. Millət vəkili bu məsələyə yenidən baxılmasını təkilif edir.

Son illər narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülərə həm paytaxt, həm də bölgələrdə tez-tez rast gəlinir. Bunu yoxlamalar zamanı aşkar edilən sürücülər deməyə əsas verir.

Ötən gün yol polisi tərəfindən saxlanan bu sürücü özü də etiraf etdi ki, Suraxanı rayonu ərazisində psixotrop maddənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olub. 

İctimai xidmət sahəsində fəaliyyət göstərən sürücünün belə zəhərli maddənin təsiri altında avtomobil idarə etməsi təbii ki, narahatlıq doğuran məsələdir.  Sürücülər də belə hallara yol verən həmkarlarını birmənalı olaraq tənqid edirlər.

Bu məsələdə ən acınacaqlısı odur ki, avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərə tətbiq olunan cərimənin sərxoş halda idarə edən sürücülərə tətbiq olunan cərimə ilə eyni olmasıdır. İnzibati Xətalar Məcəlləsinə görə, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən və  psixotrop maddələrdən istifadə edərək idarə edən sürücülər 400 manat və 5 cərimə balı, eləcə də nəqliyyat vasitələrini idarəetmə hüququ 6-aydan bir ilədək müddətə məhdudlaşdırılıma ilə cəzalandırıla bilərlər. Millət Vəkili Fazil Mustafa deyir ki, tətbiq edilən bu cəzalar fərqli olmalıdır.

Millət Vəkili Fazil Mustafa, sərxoş və narkotik maddə qəbul edən sürücülərin cərimələrinin ayrı olması barədə milli məclisin komitə iclasında bu məsələni gündəliyə gətirərək müzakirəyə çıxaracağını deyir. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man